Ərdoğan ABŞ-ın nüvə silahlarını ələ keçirdi və... - Dünyanı SİLKƏLƏYƏCƏK İDDİA

15.10.2019 14:21

ABŞ Türkiyədəki "İncirlik” hərbi bazasından nüvə silahlarını təxliyə etmək planı üzərində düşünür.

Bu iddia "Nyu York Tayms”da yer alıb.

Xəbərə görə, ABŞ Dövlət Departamenti və Energetika Nazirliyi "İncirlik”dəki 50 nüvə silahını çıxarmaq istəyir.

Qəzetin amerikalı mənbəyə istinadən verdiyi "Tramp Suriyada daxili instinktlərinə güvəndi, fəlakət sürətlə gəldi” başlıqlı xəbərdə bu silahların çıxarılmasının Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik münasibətlərinin diplomatik səviyyədə qalsa belə, digər anlamlarda bitirməsi mənasına gələcəyi şərhi verilib.

"BBC Türkcə” tərəfindən yayımlanan digər bir xəbərdə isə ali səlahiyyətli amerikalı şəxsin nüvə silahları üçün "onlar artıq Ərdoğanın girovudur” sözləri diqqət çəkib. Xəbərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir ay əvvəl verdiyi "birilərinin əlində nüvə başlıqlı silah var, amma mənim əlimdə yoxdur. Bunu qəbul etmirəm!” açıqlaması xatırlanıb və Türkiyənin nüvə silahlarına sahib olmaq istəyi vurğulanıb./publika.az

© xezerxeber.az


3035 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR