Hərbi əməliyyatların 3-cü günündə türk ordusuna ŞOK: ABŞ və Rusiya silahları ilə...

11.10.2019 11:03

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fərat çayının şərqindəki terrorçulara qarşı təşkil edilən "Sülh Çeşməsi” əməliyyatı 3-cü günündə davam edir.

Yerli vaxtla saat 08:52-dən etibarən Təl Abyaddakı PKK/YPG hədəfləri səhra topları ilə atəşə tutulub. Terrorçular isə mahal mərkəzinin qərb və şərqində TSQ-ya aid Silahlı Pilotsuz Uçuş Aparatlarının görüntü çəkməsini və təyyarələrin hədəflərini vurmasını əngəlləmək üçün rezin və mazut yandırır. Alovdan çıxan qara duman görüntünün şəffaflığını pozur.

"Sülh Çeşməsi” gecə boyunca havadan və qurudan uğurla davam edib. Təsbit edilən hədəflər Hərbi Hava Qüvvələri və atış dəstək qoşunları tərəfindən bombardman edilib.

Terrorçuların TSQ və SMO mövqelərinə atdığı mərmilərdən bəzilərinin ABŞ, bəzilərinin isə Rusiya istehsalı olduğu müəyyənləşdirilib. Əməliyyat çərçivəsində öldürülən terrorçu sayı 277-ə çatıb.

Hərəkat plana uyğun şəkildə davam edir.

Qeyd edək ki, "Sülh Çeşməsi” hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri 1 şəhid verib. Piyada Əhməd Topçu terrorçuların hücumu zamanı həlak olub. Faktı Türkiyə Müdafiə Nazirliyi təsdiqləyib./publika.az

© xezerxeber.az


31260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR