Bakı-Quba yolunda ağır qəza - bir ailənin 3 üzvü ölüb - VİDEO

10.10.2019 18:36

Üç maşının toqquşması zamanı bir ailənin 3 üzvü dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, ağır yol qəzası Bakı-Quba yolunun 52-ci kilometrliyində baş verib.

İkisi yük, biri minik avtomobili olmaqla üç maşın toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə avtomobildə olan bir ailənin 3 üzvü- sürücü 31 yaşlı Taleh Allahverdiyev, anası 53 yaşlı Lalə Allahverdiyeva və həyat yoldaşı Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.

İlkin ehtimala görə, qəza minik avtomobilinin sürücüsünün yuxulaması səbəbindən baş verib. Meyitlər müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Balakəndə isə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən axşam saatlarında rayonun Qazma kəndi ərazisində olub. Kənd sakini, 28 yaşlı Eşqin Hüseynov yaşadığı evin yaxınlığında küçədə olarkən həmkəndlisi, 65 yaşlı Əsəd Vəliyevin idarə etdiyi minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Eşqın Hüseynov Balakən rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Açıq ağır kəllə-beyin travması diaqnozu qoyulan xəstə gecə saat 02:00 radələrində dünyasını dəyişib.

Bakıda isə hərəkətdə olan avtomobil qəfil alışaraq yanıb. Hadisə aeroport yolunda baş verib.10-PP-222 dövlət nömrə nişanlı avtomildə baş verən yanğın Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Avtomobil yararsız hala düşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






459 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR