ABŞ Prezidenti Donald Trampın "Bizə və vergi ödəyicilərinə yük olurlar” dediyi İŞİD-çilərin videosu ortaya çıxıb.
Londonda nəşr edilən "The Times” qəzeti Suriyadakı həbsxanada saxlanılan 5 min İŞİD-çi haqqında informasiya toplayıb və ilk dəfə olaraq onların görüntüsünü yayıb.
5 min İŞİD-çinin saxlanıldığı həbsxanada məhkumların sayının həddən artıq çox olduğu diqqəti çəkir. Bu həbsxananın Suriyanın şimalında olduğu bəlli olub. Xəbərdə qeyd edilir ki, məğlubiyyətə uğrayan və həbs edilən İŞİD üzvləri yalnız bir həbsxanada saxlanılır. Burada Almaniya, Fransa, Belçika və ABŞ vətəndaşları olan şəxslər İŞİD liderinin çağırışı ilə Suriyaya İraqdan daxil olublar. Onların hamısı ötən il məğlub olublar.
Xatırladaq ki, bazar günü ABŞ Prezidenti Trampla Türkiyə lideri Ərdoğan arasında telefon müzakirə aparılıb. Bundan sonra ABŞ prezidenti Fərat çayının şərq sahillərində olan əsgərlərini eri çəkmək haqda qərar verib. Bu qərarı elan edən Tramp deyib: "Bölgədə bizim vergi mükəlləflərimizə yük olan İŞİD-çi məhkumlara cavabdehlik artıq Türkiyədədir”.
İndi bəlli olur ki, məhkum İŞİD üzvlərinin sayı 5 mindən az deyil və onları yedizdirib saxlamaq Ankaranın öhdəsinə düşəcək./teleqraf
© xezerxeber.azNASA-nın Günəşin atmosferi ilə bağlı maraqlı tədqiqatı dərc olunub
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir
Filippin Prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər