75 yaşlı məşhur gözəllik sirrini açıqladı: “Həyatımda heç vaxt...”

09.10.2019 15:30

75 yaşlı məşhur aktrisa Nebahat Çehre gözəllik sirrini paylaşıb.

Türkiyə mətbuatı xəbər verir ki, özünəməxsus stili olan kino ulduzu heç vaxt kosmetoloqa müraciət etmədiyini deyib.

"Nəmləndirici krem çəkirəm, amma həyatımda heç vaxt kosmetoloq yanına getməmişəm, üzümü kisələyirəm” , -deyə o, qeyd edib.

Estetik əməliyyatlara qarşı olmadığını deyən kino ulduzu yuxu və qidalanmasına da ciddi diqqət etdiyini açıqlayıb. Makiyaj etməyi sevmədiyini dilə gətirən aktrisa səhərlər üzünü sadəcə soyuq su ilə yuduğunu, qurulamadığını və dərisinin suyu əmməsini gözlədiyini bildirib.


© xezerxeber.az

FOTOQALERIYA






456 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR