Hər gün 50 min ədədə yaxın çörək itkiyə gedir - Səbəb keyfiyyətin aşağı olmasıdır - VİDEO

08.10.2019 18:57

İsraf edilmiş, istifadəyə yararsız çörək məmulatları zibil qutularından asılır.

Xezerxeber.az-ın məlumatına görə, belə mənzərəyə şəhərin əksər hissələrində rast gəlmək mümkündür. Bu hal isə çörək israfı məsələsini gündəmə gətirir.

Sakinlər də etiraf edirlər ki, hər gün aldıqları çörəyin bir hissəsi israf edilərək zibil qutularına atılır. Səbəb kimi isə çörəyin keyfiyyətsiz istehsal edilməsi göstərilir.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, çörəyin itkiyə getməsinin bir sıra səbəbləri var. O qeyd edib ki, əsas səbəb çörəyin keyfiyyətinin aşağı olmasıdır.

Sosioloq bildirib ki, digər səbəb insanların çörəyə qənaət etməməsidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə ölkə üzrə 1 milyon 235 min ton çörək istehsal edilib.7913 ton, yəni 7 milyon 913 min kq çörək itkiyə gedib.1 ədəd çörəyin orta çəkisini 500 qram götürsək, il ərzində 15 milyon 826 min ədəd çörək israf edilib. Bu isə gün ərzində 43 min 358 ədəd çörəyin itkiyə getməsi anlamına gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






705 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR