Rayonlarda internet problemi yaşanır - VİDEO

08.10.2019 18:52

Bəzi rayonlarda internet problemi yaşanır. Kəndlərdə isə ya internet yoxdur, ya da çox zəifdir.

Xezerxeber.az-ın məlumatına görə, Tovuzun Aşağı Quşçu, Qədirli kəndlərində hələ də internet yoxdur. Kənd sakinləri internetin yoxluğundan çətinlik çəkdiklərini deyirlər.

belə hal bir çox rayonun kəndlərində hökm sürür. Bəzi kəndlərdə isə internet olsa da, sürəti çox aşağıdır.

Məsələn, Goranboy rayonunun Boluslu kəndində əksər evdə internet modemləri var, ancaq sürət həddindən artıq zəif olduğundan sakinlər istədikləri kimi ondan yararlana bilmirlər.

Məsələ ilə bağlı "Xəzər Xəbər"ə danışan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin şöbə müdiri Emil Quliyev bildirib ki, təmsil etdiyi qurumun əhatə dairəsində yerləşən yaşayış məntəqələrinin 80 faizi genişzolaqlı internetlə təmin olunub. Bu rəqəmin artırılması üzrə işlər aparılır.

İnternetin sürətinin zəif olmasına gəldikdə isə, Emil Quliyev bildirdi ki, bu problemin həlli istiqamətində də addımlar atılır. Onun sözlərinə görə, hazırda cəmi 4 regionda mənzillərə gedən xətlərin daha çox imkanlara malik fiber optiklərlə əvəz edilməsi işləri aparılır. Gələcəkdə bu say artırılacaq və internetin imkanları həm genişlənəcək, həm də sürəti artacaq.

Emil Quliyevin sözlərinə görə, bundan sonra növbəti hədəf Lənkəran, Cəlilabad, Şirvan, Mingəçevir, Zaqatala və Quba rayonlarıdır. Bu regionlarda da rabitə infrastrukturu yenidən qurulacaq və xidmət keyfiyyəti artırılacaq. O da bildirildi ki, artıq Xaçmaz, Zaqatala və Abşeron rayonlarının bir sıra qəsəbələrində vətəndaşlar simsiz rabitə texnologiyasından yararlana bilirlər. Yaxın gələcəkdə bu texnologiyanın əhatə dairəsi də genişləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






733 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR