Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.
Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, əmrə əsasən cinayətlər barədə "102" xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq. Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaq.
Bütövlükdə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir və müvafiq yeniliklər haqda ictimaiyyət mütəmadi məlumatlandırılacaq.
© xezerxeber.azNASA-nın Günəşin atmosferi ilə bağlı maraqlı tədqiqatı dərc olunub
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir
Filippin Prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq
Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər