Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

SOCAR Aİ-92 markalı benzinlə bağlı qərar verdi

04.10.2019 18:04

Planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) dayandırılması ilə əlaqədar SOCAR 120 min tonadək Aİ-92 markalı benzin idxal edə bilər.

XəzərXəbə xəbər verir ki, bu barədə "apa-economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, benzinin bir qisminin Rusiyadan, bir qisminin isə Qara Dəniz regionu ölkələrindən idxalı planlaşdırılır.

"Lakin ötən ilin təcrübəsi göstərir ki, nəzərdə tutulan həcmlərin idxalına ehtiyac olmayıb. Ona görə də ehtimal var ki, planlaşdırılan rəqəmdən az benzin idxal olunacaq”, - deyə İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, ölkəyə benzinin idxalı qısamüddətli olduğu üçün daxili bazarda sözügedən yanacağın qiymətinə heç vaxt təsir göstərməyib və bu dəfə də təsir etməyəcək.

BNEZ planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə oktyabrın 4-dən işini dayandırıb. Müəssisənin işinin bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır.

© xezerxeber.az


2441 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR