Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir - VİDEO

22.09.2019 20:39

Azərbaycanda iqtisadi artım 2019-cu ildə 2,7 faizə çatacaq. Bu Beynəlxalq Valyuta Fondunun sentyabrın 6-da qurumun İcraiyyə Şurası ilə Azərbaycan hökuməti arasında IV maddəyə dair məsləhətləşmələrdən sonra yayılan materiallarında bildirilib.

Hökümətin həyata keçirdiyi iqtisadi islahatlar və qeyri-neft sektorunun genişlənməsi ilə bağlı atdığı addımlar bu məsələdə önəmli rol oynayıb. Məhz bunun nəticəsində dünyanın əsas maliyyə qurumlarından olan Beynəlxalq Valyuta Fondunun Azərbaycanla bağlı proqnozları müsbətdir. Xüsusilə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən nəhəng logistika və enerji layihələri Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövr üçün sabitliyini təmin edir və onu çoxsaylı risklərdən qorumaq iqtidarındadır. Millət vəkili Aydın Hüseynov bildirir ki, məhz Azərbaycanda həyata keçirilən islahatların məntiqli sonluğudur ki, müsbət rəqəmlər beynəlxalq təşkilatların da diqqətini cəlb edir.

Aydın Hüseynov bildirir ki, Beynəlxalq Valyuta Fondunun Azərbaycanda inflyasiya, dövlət borcu və xaricdəki aktivləri ilə bağlı proqnozları da müsbətdir. Burdan da bu nəticəyə gəlmək olar ki, bu il və gələn il Azərbaycan iqtisadiyyatını hansısa ciddi, təhlükəli risk gözləmir.

Beynəlxalq Valyuta Fondunundirektorları hökumətin bank böhranı və tənəzzüldən qurtulmaq üçün həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, son iqtisadi çətinliklərin təsirinin aradan qaldırılmasında sərgilənən siyasətə görə hökumətə təşəkkürlərini bildiriblər. "Məzənnə çevikliyinin yaxşılaşdırılması rəqabət qabiliyyətini artıracaq, diversifikasiyaya töhfə verəcək, sarsıntılara adaptasiyanı asanlaşdıracaq və risklərin idarə edilməsini yaxşılaşdıracaq" -deyə sənəddə deyilir.

© xezerxeber.az


741 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR