Hacıqabulda evakuator yük avtomobilinə çırpılıb

17.09.2019 10:09

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax avtomobil magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuator yolun kənarında dayanan "KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin Gəncə sakini Taleh Dünyamalıyev ağır vəziyyətdə - ayaqlarının travmatik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

© xezerxeber.az


292 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR