22 yaşlı bacısı məşhur müğənnini BİABIR ETDİ: Dəfələrlə qardaşımla...

14.09.2019 12:25

"Qardaşım üçün atamla birlikdə mən də öldüm”.

"Sabah” xəbər verir ki, bunu məşhur türk müğənni və aktyor Özcan Dənizin bacısı Gülcan Dəniz deyib.

Ürək xəstəliyindən əziyyət çəkən 22 yaşlı Gülcan qardaşı ilə əlaqə saxlaya bilmədiyini, onun telefonlarına cavab vermədiyini bildirib. O, qardaşından müalicəsi üçün dəstək istəyir: "Anam ağır xəstədir. Mən də ürəyimdən. Həm müalicə olmaq, həm də oxumaq istəyirəm. Dəfələrlə qardaşımla əlaqə saxlamağa çalışdım. Amma zənglərimi açmır. Qardaşım atamla birlikdə məni də öldürdü”.

Gülcan əmisi vasitəsilə əlaqə qurmağa çalışsa da, müğənni əmisinin də zənglərini açmayıb.

Qeyd edək ki, Gülcan Dəniz 47 yaşlı müğənninin ötən il xərçəngdən vəfat edən atası Sadiq Dənizin keçmiş həyat yoldaşından dünyaya gəlib./publika.az

© xezerxeber.az


2255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR