“Kurtlar vadisi” izləyicilərinə ŞAD XƏBƏR: Bu kanalda YAYIMA BAŞLAYIR

09.09.2019 12:42

İki ildir ki, efir qadağası qoyulan "Kurtlar Vadisi” ekranlara geri qayıtmağa hazırlaşır.

"Milliyet” xəbər verir ki, ekran işinin yenidən başlayacağı xəbəri fenomen serialın pərəstişkarlarını sevindirib. Yayımlandığı dövrdə böyük reytinq uğuru əldə edən serial rəqəmsal kanalda nümayiş olunacaq.

İddia edilir ki, 1.5 milyon üzvü olan "Netflix” abunəçi qazanmaq üçün serialın yenidən çəkilməsinə qərar verib. Necati Şaşmazın "Pana” film şirkəti artıq bir mövsümü hazır olan "Kurtar Vadisi Xaos” üçün "Netflix”lə razılığa gəlib.

Çəkilişləri noyabr ayında başlayacaq "Kurtlar Vadisi Xaos”da Necati Şaşmaz və Defne Samyelinin baş rollarda çəkiləcəyi deyilir.

2020-ci ildə yayımlanacaq serial 15 İyul dövlət çevrilişi cəhdindən sonrakı hadisələrdən bəhs edəcək.

Qeyd edək ki, adıçəkilən serial Türkiyənin ən uzunömürlü layihələrindən biri olub. "Kurtlar Vadisi”nin TV serialları kimi "Netflix”də hər həftə nümayiş olunması da gündəmdədir./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






1139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR