Prezidentdən dollarla bağlı HƏYƏCAN

31.08.2019 10:53

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Federal Ehtiyatlar Sistemini (FES) tənqid edib.

Ağ Ev rəhbəri Tvitter səhifəsində paylaşdığı açıqlamada FES-i dollarla bağlı heç bir addım atmamaqda günahlandırıb.

"Avro dollar qarşısında "dəli kimi” dəyər itirir və bu, onlara ixrac və istehsalat üçün əsas yaradır. FES heç nə etmir. Dollar hazırda ən güclü vəziyyətdədir. Qulağa xoş gəlir, elə deyilmi? ABŞ xaricində satış həyata keçirən istehsalçılardan başqa... Bizim tariflərlə problemimiz yoxdur, bizim FES problemimiz var. Onların heç bir fikri yoxdur”, - deyə Prezident bildirib./axar.az

© xezerxeber.az


1925 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR