Polisə iş yerlərinə silahlı hücum olacağı barədə zəng olub

19.08.2019 11:55

Avqustun 18-də saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib "bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

© xezerxeber.az


371 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR