Lerikdə istirahət mərkəzinin otağından ilan və siçan çıxdı - VİDEO

17.08.2019 18:47

Lerikdə yerləşən istirahət mərkəzlərinin birində dincələn azərbaycanlı ailə yapışqanlı kağızın üzərində ilan və siçan aşkarlayıb. Onlar sosial şəbəkələrdə bununla bağlı görüntü və məlumat yayıblar.

Qeyd edək ki, belə hal istirahət mərkəzlərində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Xüsusən meşə massivində yerləşən belə mərkəzlərdə turistlərin təhlükəsizliyi üçün hansi işlər görülür?

Xezerxeber.az-ın məlumatına görə, azərbaycanlı turist hadisə ilə bağlı qeyd edib ki, həmin istirahət mərkəzində 2 gecəlik otaq götürüblər. Otağa gəldikdə yapışqanlı kağıza yapışıb həftəylə qalmış ölü siçan və canlı ilan görüblər.

İstirahət mərkəzinin direktor müavini Famil Kərimov hadisə ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, hotel meşədə yerləşir və bu kimi halların baş verməsi normaldır: "Biz müştərilərə tapşırırıq ki, qapını açıq qoymasınlar. Biz həmin ailə ilə də danışdıq və vəziyyəti izah etdik".

Baş verən hadisə və açıqlamadan da məlum olur ki, meşəlik ərazidə yerləşən istirahət mərkəzlərində təhlükəsizlik təminatı turistlərin üzərinə düşür. Yəni meşəlik ərazilərdəki istirahət mərkəzlərində sürünənlərdən, həşaratlardan və digər heyvanlardan qorunmaq üçün turistlər diqqətli olmalı və belə təhlükələrdən özlərini qorumalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






550 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR