Məktəbli formaları ilə bağlı direktorlara - XƏBƏRDARLIQ - VİDEO

16.08.2019 20:39

Növbəti tədris mövsümünün başlamasına az müddət qalmış məktəbli formaları yenə gündəmdədir. Təhsil Nazirliyində bütün ölkədə vahid məktəbli formasının tətbiq edilməsi ilə bağlı işçi qrup yaradılıb. Bundan başqa, Nazirlik məktəbli formasının satişi ilə bağlı direktorlara xəbərdarlıq da edib.

Xezerxeber.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, heç bir məktəb rəhbərliyi forma satışı ilə məşğul ola və valideynləri bu prosesə sövq edə bilməz.

Bakıda məktəbləri geyimlə təmin edən Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov isə bildirib ki, Təhsil Nazirliyinin məktəbli forması ilə bağlı yaratdığı işçi qrupda onların müəssisəsinin baş dizayneri, konstruktoru və baş mühəndisi də təmsil olunur. Onun sözlərinə görə, müəssisənin istehsal həcmi tələb-təklif əsasında formalaşsa da, daha çox məhsul istehsal etmək gücündədir.

Müəssisənin satış müdiri bildirib ki, geyimlərin qiymətində heç bir dəyişiklik yoxdur və əvvəlki kimi qalıb.

Bakıda bəzi liseyləri və Sumqayit-Abşeron bölgəsini məktəbli geyimi ilə təchiz edən Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva isə qeyd edib ki, əsasən yeni dəbə uyğun məktəbli formalarına üstünlük verirlər və tələb olarsa daha çox geyim istehsal edə bilərlər.

Səkinə Babayevanın sözlərinə görə, satışa təqdim olunan dəstdə hər geyimi cütü ilə qoyurlar ki, valideynlər artıq xərcə düşməsinlər.

Hər iki geyim istehsalı muəssisəsindən bildiriblər ki, vətəndaşlar məktəbli formalarını onların rəsmi magazalarından alsınlar. Kənarda alınan məhsullara görə isə muəssisələr məsuliyyət daşımadıqlarını bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






552 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR