9 qədim dil bildiyini iddia edir... - Sədaqət Nəsib istedadının araşdırılmasını istəyir - VİDEO

16.08.2019 19:43

İxtisasca hüquqşünas olan şəxs 9 qədim dil bildiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, 46 yaşlı Sədaqət Nəsib ixtisaca hüquqşünansdır. Amma fərqli bir istedadının olduğunu deyir. O, 9 fərqli qədim dildə danışa bildiyini iddia edir.

Müsahibimizin sözlərinə görə, istedadı ilə bağlı kimə danışıbsa, hər kəs təəccüblə qarşılayıb. Hətta danışdıqlarının hansısa bir dilə məxsus olduğunu araşdıran müsahibimiz maraqlı faktlarla qarşılaşıb.

Sədaqət Nəsib bildirir ki, tək istəyi onun bildiyi dillərin bu sahə üzrə mütəxəssisləri tərəfindən araşdırılmasıdır.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə əlaqə saxladıq. İnstitutun Qədim dillər və Mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoy belə bir halın olmasını normal adlandırıb. Amma xanımın onu necə tam öyrəndiyini isə tam araşdırdıqdan sonra dəqiq deyə biləcəklərini qeyd edib. Şöbə müdiri bildirib ki, bu məsələni araşdıracaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






396 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR