Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Tibb sahəsində çalışan bəzi işçilərin maaşı artırıldı - CƏDVƏL

14.08.2019 09:47

Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin əməkhaqları artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Qeyd edək ki, dəyişiklik "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Qərar sentyabr ayının 1-dən qüvvəyə minəcək.

© xezerxeber.az


690 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR