Bir neçə dəfə imtahan verdi, amma maksimum nəticə istədi və nail oldu - VİDEO

23.07.2019 18:57

İyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, Bakı sakini Aidə Sadıqova digər bütün namizədləri qabaqlayaraq imtahanda maksimum balı toplayıb. O, kimya ixtisası üzrə təhsil alan müəllimlərin müsabiqəsində 60 bal toplayan ilk iştirakçı olub. Aidə Sadıqova deyir ki, bundan əvvəl də bir neçə dəfə imtahan verib, lakin o maksimum nəticəni istəyib.

Aidə Sadıqovanın sözlərinə görə , imtahana hazırlaşmağa çox vaxt sərf edə bilməyib. Ona ən çox dəstək isə anası və bacısı olub.

Aidə Sadıqova paytaxt məktəblərindən birində işinə başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






527 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR