Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ CAVAB - VİDEO

23.07.2019 18:46

Sabahdan etibarən hava mülayimləşəcək.

Xezerxeber.az-ın məlumatına görə, dünəndən başlayan güclü külək bu gün axşam saatlarında öz yerinə mülayim şimal küləyi ilə əvəzləyəcək.

Paytaxt ərazisində qarşıdakı günlərdə də havanın temperaturun normal olacağı, küləyin sürətinin güclənməyəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, qarşıdakı günlərdə bəzi rayonlarda havanın yağışlı keçəcəyi gözlənilir.

Həftə sonu üçün Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 23-25 dərəcə olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






502 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR