Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə baş verib - VİDEO

20.07.2019 19:23

Toyda naməlum qazdan kütləvi zəhərlənmə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şirvan şəhərindəki "Yeganə" şadlıq sarayında qeydə alınıb.

Zəhərlənən şəxslər təcili tibbi yardım və şəxsi avtomobillərlə Şirvan şəhər xəstəxanasına çatdırılıblar. Onlardan 13 nəfəri qadın, 4-ü kişi, ikisi isə azyaşlı olub.

Hadisədə zərərçəkənlər bildiriblər ki, zəhərlənmə qəfil baş verib və birdən-birə hər kəs özünü narahat hiss edərək zaldan çıxıb.

Fövqəladə Hallar Nazirliyi də Şirvanda baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar araşdırma davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






845 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR