Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Avtobus sürücüsü sükan arxasında narkotik çəkirdi" - ŞOK GÖRÜNTÜ - VİDEO

17.07.2019 19:34

Hərəkətdə olan sərnişin avtobusunun sürücüsü avtobusu idarə edə-edə əli ilə kağızda nəsə hazırlayır. Görüntünü çəkən sərnişinin iddiasına görə, sürücü əvvəlcə əlində olan kağıza narkotik maddə doldurub, daha sonra ondan istifadə edib.

Görüntü Bakı-Balakən avtobusunda lentə alınıb və "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, videonu lentə alan şikayətçi deyir ki, sürücünün adı Zaur olub və sükan arxasında narkotik maddədən istifadə edib.

Sərnişin deyir ki, siqaret çəkdikdən sonra sürücünün halı dəyişib.

Şikayətçi bildirir ki, həmin vaxt sürücü anlaqsız vəziyyətdə olduğundan ona xəsarət edəcəyindən qorxub və buna görə də etirazını bildirməyib. Ondan bir gün sonra daşıyıcı şirkətə bu barədə məlumat versə də, ona "Boş ver" deyiblər.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti dərhal hərəkətə keçib. Qurumun Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, hazırda həmin hadisə üzərində araşdırma aparılır.

Onun sözlərinə görə, sürücü barəsində isə hüquq mühafizə orqanlarında müvafiq tədbir görüləcək. Hazırda isə araşdırma davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






492 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR