Qarpız sahələrdə qalıb - VİDEO

17.07.2019 21:18

Azərbaycanın bölgələrində qarpız sahələrdə qalıb. Paytaxt bazarlarında isə qarpızın bir kilosunun qiyməti 40 qəpik civarındadır.

Xezerxeber.az-ın məlumatına görə, Bərdə rayonunun Lənbəran kəndində təsərrüfat sahibləri qarpız alıcısının azlığından narazıdır. Onlar qarpıza qoyduqları mayanı belə çıxara bilmədiklərini deyirlər.

Bu rayon şirin və keyfiyyətli qarpızı ilə tanınsa da, məhsulun satılmaması bu sahəyə marağı azaldır.

Hazırda paytaxt bazarlarında qarpızın 1 kiloqramının qiyməti 40 qəpik civarında olsa da, rayonda sahələrdə 20 qəpiyə təklif olunan qarpıza alıcı tapılmır.

Fermerlər deyirlər ki, əgər vəziyyət belə davam edərsə, gələn il qarpız əkməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






561 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR