Qənd və şəkərin qiyməti kəskin düşdü

16.07.2019 10:45

Rusiyada qənd və şəkərin qiymətində kəskin düşmə müşahidə edilir.

Trend-in məlumatına görə, Şəkər İstehsalçıları Assosiasiyasının başçısı Andrey Bodin bunu normal saymır. Belə ki, məhz yay mövsümündə Rusiya bazarlarında şəkərin qiyməti əsasən baha olub.

Onun sözlərinə görə, 2016-ci ilin iyun ayında qəndin 1 kiloqramı 45, 1 rubl, 2018-ci ildə 32, 8 rubl olduğu halda, hazırda iyun ayında qiymət ötən ilin noyabr ayına nisbətən 27,5 faiz düşüb.

Belə ki, əgər 2018-ci ilin noyabrında 1 kiloqram qəndin qiyməti 37 rubl idisə, iyunda 26, 9 rubl təşkil edib.

© xezerxeber.az


238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR