Müəllimliyə imtahan verən 5-ə yaxın şəxsin nəticələri ləğv edilib

15.07.2019 15:51

"Müəllimlərin işə qəbulu üzrə keçirilən test imtahanlarında ötən 6 gün ərzində 15 mindən artıq müəllim imtahan verib”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib. Onun sözlərinə görə, bu müddət ərzində qayda pozuntusu edən 5-ə yaxın müəllimin nəticəsi ləğv edilib:

"Qayda pozuntusu əvvəlki illərlə müqayisədə azalıb. Qayda pozuntusu edən şəxslərə bir neçə dəfə xəbərdarlıq edilir. Daha sonra həmin şəxsin yeri dəyişdirilir ki, narahatlıq yaratmasın, köçürmə halı olmasın. Yerin dəyişməsi ən çox istifadə etdiyimiz iltizam qaydasıdır. Elə hallar olur ki, imtahana gələn şəxs zala qulaqcıqla daxil olur, bu, aşkarlanarsa, hadisə aktlaşdırılır və nəticə ləğv edilir. Eyni zamanda qadağan olunan texniki vasitələrdən istifadə etmək istəyənlər də olur ki, bu zaman nəticə ləğv edilir”.

M.Camalzadə bildirib ki, bu gün keçirilən imtahanlar zamanı başqasının yerinə imtahan vermək istəyən 2 şəxs aşkarlanıb: "Təbii ki, bunun qarşısı alınıb, sənədləşmə aparılıb və nəticələr ləğv edilib”.

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR