Aeroport yolunda ağır qəza - "Lexus" aşdı - VİDEO

15.07.2019 09:41

Heydər Əliyev prospekti - Hava limanı yolunda ağır qəza baş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, "Mercedes" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub.

Qəza nəticəsində"Lexus" markalı avtomobil aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar var.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları cəlb olunub.

Bakı Nəqliyyat AgentliyindənBAKU.WS-ə verilən məlumata görə, Heydər Əliyev prospekti - Hava limanı yolunda tıxac yaranıb.

Bildirilir ki, tıxaca yolda baş verən nəqliyyat hadisəsi səbəb olub.


© xezerxeber.az


522 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR