Güclü külək Bakıda və bölgələrdə ciddi fəsadlar törədib, xəsarət alanlar var - VİDEO

13.07.2019 19:49

Güclü külək Bakıda dəmir qapını sındıraraq yoldan keçən qadının üzərinə aşırıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda, Yeni Günəşli qəsəbəsində baş verib.

Küləyin təsirindən dəmir qapı aşaraq oradan keçən 1971-ci il təvəllüdlü Nurlana Nəbiyevanın üzərinə düşüb. Nəticədə o, ağır xəsarət alaraq, 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Səbail rayonunda isə gecə saatlarında güclü külək zamanı iri şüşə parçası binadan avtomobilin üzərinə düşüb. Ağakərim Cəfərov minik avtomobili ilə Nizami küçəsində hərəkətdə olarkən, külək nəticəsində yaxınlıqdakı oteldən iri şüşə parçası avtomobilin banına çırpılıb. Sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini səkiyə çırpıb. Nəticədə Ağakərim Cəfərov xəsarət alaraq 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Avtomobil isə yararsız hala düşüb.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən verilən məlumata görə, güclü külək Bakıda 15 ağacı aşırıb. Hadisə Bakının müxtəlif rayonlarında qeyd alınıb.

Gəncə şəhərində də külək bir sıra fəsadlar törədib. Ağaclar kökündən qoparaq avtomobillərin üzərinə aşıb. Şəhərin Zərdabi küçəsində və Sadıllı qəsəbəsində aşan irigövdəli ağaclar minik avtomobillərinin üstünə düşüb. Nətıcədə hər iki avtomobilə ciddi ziyan dəyıb. Ağacın altında qalan avtomobillər Fövqəladə Hallar Nazirliyinin əmkədaşlarının köməyi ilə çıxarılıb.

Şəhərin Heydər Əliyev prospektində isə küləyin qopardığı ağac avtomobil yoluna düşüb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb. Qısa müddət sonra küləyin yaratdığı fəsadlar aradan qaldırılıb.

Güclü külək Goranboyda da fəsadsız ötüşməyib. Rayonun Məşədiqaralar kəndində elektrik xəttində baş vermiş qısaqapanma yanğına səbəb olub. Bir neçə sakinin çəpərinə od düşüb.

Dərhal hadisə yerinə yanğınsöndürmə briqadası çağırılıb, alovun yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində rayonun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Gecə saatlarında enerjinin verilməsi bərpa edilib.

Küləyin yaratdığı problemlər bəzı kəndlərdə isə rabitə təsərrüfatına ziyan vurub. Nəticədə bəzi istiqamətlərdə telefon və internet xidmətləri kəsilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR