Ali məktəblərə imtahansız qəbul olmaq istəyən 10176 subbakalavr elektron ərizəsini təsdiq edib

11.07.2019 10:57

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, "Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Hazırda olan məlumata əsasən 10176 subbakalavr elektron ərizəsini təsdiq edib. Ərizələrin sayına əsasən daha çox mühasibat uçotu (931 nəfər), maliyyə işi (564 nəfər), ibtidai sinif müəllimliyi (528 nəfər), yol hərəkətinin təşkili (399 nəfər) ixtisaslarını bitirən subbakalavrlar qeydiyyatdan keçib.

Müsabiqədə iştirak ödənişsizdir.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR