Artıq pasporta ehtiyac olmayacaq - Yeni DÖVR BAŞLANIR

01.07.2019 11:41

Yaxın gələcəkdə beynəlxalq səyahətlərdə pasportlara ehtiyac olmayacaq.

Bunun yerinə sərnişinin rəqəmsal şəxsiyyəti adı verilən sistemdən istifadə olunacaq.

Kanada və Hollandiya arasında gerçəkləşdirilən səyahətlərdə pilot layihə kimi tətbiq olunan proqam çərçivəsində sərnişinlər pasport yerinə mobil telefonlarını istifadə edərək şəxsiyyətlərini təsdiq etdirirlər. Pasportlardakı mikroçiplərin işini mobil telefonlardakı şifrələnmiş şəxsiyyət bilgiləri görəcək. Dəyişiklik hava limanında sıxlığın, növbə gözləməyin, giriş-çıxış işlərində vaxt itirməyin və saxta pasportdan istifadənin qarşısının alınması məqsədilə aparılır.

Sərnişinlərin şəxsiyyətilə bağlı bilgilər hava limanlarına, gömrük məntəqələrinə və müxtəlif qurumlara sərnişin hava limanına gedib çatmadan göndərilir. Hər bir bilginin göndərilməsi üçün sərnişinlərdən fərdi şəkildə icazə almaq mütləqdir. Sərnişinlərin şəxsiyyətləri barmaq izi, üztanıma texnologiyası kimi biometrik texnologiyalardan istifadə edilərək təsdiq olunur və kağız sənədlərə ehtiyac olmadan səyahətləri təşkil edilir.

Layihə pilot tətbiq kimi 2019-cu boyunca davam edəcək və 2020-ci ildə istifadəyə veriləcək./publika.az

© xezerxeber.az


1092 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR