Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

DƏHŞƏTLİ HADİSƏ: Ayıların parçaladığı şəxs bir ay sonra mağaradan sağ tapıldı— VİDEO +18

27.06.2019 14:53

Ayı tərəfindən qaçırılaraq mağaraya aparılan adamın hekayəsi Rusiyada sensasiya doğurub.

Hadisə Rusiyada baş verib. Rusiyanın Tuva bölgəsində bir boz ayı Aleksandr adlı şəxsi yaralayaraq mağarasına aparıb. Yaralı adam 1 ay boyunca öz sidiyini içərək həyatda qalmağı bacarıb.

1 ay sonra, təsadüfən ov itləri həmin mağaranın qarşısına gələrək hürməyə başlayıblar. Mağaraya girən ovçular yara içində tapdıqları Aleksandrı öncə mumya zənn ediblər. Canlı olduğunu gördükdən sonra dərhal xəstəxanaya aparıblar.

Aparılan müayinə zamanı onun onurğa sümüklərinin sındığı məlum olub. Xəstəxanadan verilən açıqlamada bildirilib ki, uzun müddət hərəkətsiz qaldığı üçün vücudunda ağır yaralar və dəridə çürümə meydana gəlib. Onun bu yaralara baxmayaraq necə həyatda qala bildiyi təəccüb doğurub.

Aleksandr ayının üzərinə atladığını, sürükləyərək mağaraya apardığını bildirib.

Qeyd edək ki, boz ayılar ovlarını daha sonra yemək üçün saxlamaları ilə bilinirlər.

© xezerxeber.az

FOTOQALERIYA






1217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR