Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sevgilisindən ayrılan məşhurdan GÖZLƏNİLMƏZ AÇIQLAMA

26.06.2019 11:58

Bu yaxınlarda 4 illik sevgilisi Kerem Bursinlə ayrıdığını elan edən aktrisa Serenay Sarıkaya şəxsi həyatı haqqında yalan xəbər yazanları məhkəməyə verəcəyini bildirib.

Sevgilisindən ayrıldıqdan sonra aktrisanın adı bir çox məşhurla hallanıb. Serenay Sarıkaya bu xəbərlərlə bağlı ciddi məşğul olacağını bildirib.

Sənətçi bu barədə aşağıdakı açıqlamanı yayıb:

"İnanmayacaqsınız, amma təkəm və çox xoşbəxtəm. Siz haqqımda hər gün heç bir əsası olmayan, hörmətsiz və həddsiz məlumatlar uydurmağa davam edərkən, mən gənc bir qadın olaraq edilən hücumlara baxmayaraq, hələ də ayaqlarımın üzərində möhkəm durmağa çalışıram. Bu qədəri olmaz! Bu qədər də deyil. Buna heç kəs inanmaz deyərkən, siz təsir gücü ilə adımı hallandırmağa və bundan heç bir halda narahat olmamağa davam edirsiniz. Gəlinən nöqtə inanılmazdır. Hörmət və anlayış xahiş etmişdim sizdən. Ancaq bunu hələ də bu zamanda bacara bilmiriksə, mən də lazım olanı etmək, haqqımda çıxan həqiqətdən uzaq, əsassız və çirkin dedi-qoduların yayılmasının qarşısını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Bundan sonra mövqeyim bu istiqamətdədir".

© xezerxeber.az


334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR