DƏHŞƏT: 7,3 bal gücündə zəlzələ baş verdi, şəhər boşaldıldı

24.06.2019 10:42

İndoneziyada güclü yeraltı təkanlar qeydə alınıb.

Maluku əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.

İndoneziya Meteorologiya, İqlim və Goefizika Qurumu bildirib ki, zəlzələnin episentri Maluku bölgəsindən 245 km uzaqda, yerin 231 km dərinliyində olub.

Qurum zəlzələdən sonra sunami xəbərdarlığı etməyib.

Zəlzələnin tələfata səbəb olması ilə bağlı məlumat verilməyib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi də zəlzələnin 7,3 bal gücündə olduğunu təsdiq edib.

Qeyd edək ki, İndoneziyada baş verən zəlzələ Avstraliyanın Darvin şəhərində hiss olunub. Şəhərin mərkəzində yerləşən hündür binalar təcili şəkildə boşaldılıb.

Həmçinin Papua -Yeni Qvineyada da 6,0 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Orta Mamberamo bölgəsinin 48 km cənub-şərqində, yerin 15 km dərinliyində olub.

Yeraltı təkanların tələfata səbəb olması ilə bağlı məlumat verilməyib./Publika.az

© xezerxeber.az


731 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 10:54

Bakıda vaqon yanıb

ÇOX OXUNANLAR