Sumqayıtlı gəncin qeyri-adi istedadı: Siz təvəllüdünüzü deyirsiniz, o da neçə gün yaşadığınızı söyləyir - VİDEO

23.06.2019 20:15

Sumqayıtlı gənc qeyri-adi istedadı ilə görənlərin marağına səbəb olur. Təsəvvür edin ki, siz təvəllüdünüzü deyirsiniz, o isə 3-4 saniyənin içərisində neçə gün yaşadığınızı deyir. Maraqlısı isə budur ki, sözügedən gənc heç vaxt məktəbə getməyib.

Siz təvəllüdünüzü deyirsiniz, o da neçə gün yaşadığınızı söyləyir.

Sumqayıtda yaşayan 2-ci qrup əlil Vaqif Hüseynovun qeyr-adi qabiliyyəti görənlərin marağına səbəb olur. Gənc təvəllüdünü bildiyi insanların neçə gün yaşadığını hesablayaraq özlərinə deyir.

Vaqif Hüseynov uşaq ikən ailəsi ilə birgə Qazaxıstandan Sumqayıta köçüb. O, məktəbə getməyib və bu bacarığı da öz üzərində işləməklə əldə edib. Qonşular da onu görən kimi sual-cavab edib neçə gün yaşadıqları ilə maraqlanırlar.

Vaqif Hüseynovun daha bir bacarığı isə ədədlərin vurulması ilə bağlıdır. O, söylənilən ədədləri cəld şəkildə bir-birinə vuraraq nəticəni deyə bilir.

Bundan sonra Vaqif Hüseynov öz bacarığını daha da təkmilləşdirmək istəyir..

© xezerxeber.az


477 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR