Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü... - Azərbaycandakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI

17.06.2019 14:06

Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilmiş dəhşətli qətliamda öldürülən şəxslərin adları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisənin 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu tərəfindən törədilməsi məlum olub. "Kalaşnikov” avtomatı ilə silahlanmış 25 yalı oğlan bazara gələrək qan davasında olduğu Musayev Şəbiddin Fərrux oğlunu, onun qardaşı Novruzu və anası Şərqiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Cəlilova Zeynəb Baba qızını güllələyərək öldürüb.

Məlum olub ki, Şəbiddin Musayev və Novruz Musayv 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetirib. Bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. İki qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar. Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.

Artıq 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 25 yaşlı Elnur Süleymanov saxlanılıb.

***

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

XəzərXəbər-in "Report"a istinadən verdiyi məlumata görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

***

Ağstafa rayonunda gülələnmə hadisəsi baş verib.

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb. Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri gülələləyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


439 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR