Bakıda küçənin ortasında öldürülən gənc kimdir? - ADI AÇIQLANDI

16.06.2019 10:02

İyunun 15-nə keçən gecə Bakıda küçədə öldürülən gəncin şəxsiyyəti müəyyənləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanının qarşısında naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülən gəncin 1997-ci il təvəllüdlü Əliyev Mehdi Əlimurad oğlu olması müəyyənləşib.

İlkin araşdırma zamanı qətlin mübahisə zəminində törədildiyi və qatilin kimliyi müəyyənləşib. Bakını tərk edən həmin şəxsin saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


958 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 10:54

Bakıda vaqon yanıb

ÇOX OXUNANLAR