Ölkədə internet şəbəkəsi kəsildi - İLGİNC SƏBƏB

12.06.2019 10:55

Efiopiya hökuməti ölkə miqyasında internet şəbəkəsini məhdudlaşdırıb.

Buna səbəb ölkədə milli imtahanların başlamasıdır. Kəsinti imtahan müddətində bilgi oğurluğu hadisələrinin qarşısını almaq məqsədilə aparılıb.

Hökumət və "Ethio Telecom” şəbəkə şirkəti məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.

Qeyd edək ki, imtahanlara sadəcə liseydə təhsil alan şagirdlər daxil olur. İmtahanlar cümə günü başa çatacaq./publika.az

© xezerxeber.az


326 dəfə oxunub

XƏBƏRLƏR

25.08.2019 16:51

Gədəbəydə ev yanıb

ÇOX OXUNANLAR