İran dünyanı lərzəyə gətirəcək silahın bir addımlığında - Baş nazir XƏBƏRDARLIQ ETDİ

11.06.2019 11:23

İran atom bombası istehsal etməyə çox yaxındır.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

İsrail İctimai Yayım Qurumunun (KAN) məlumatına görə, Baş nazir İsrailin və bütün dünyanın təhlükəsizliyini şübhə altında qoyacaq İrana nüvə silahı istehsal etməsinə qətiyyətlə icazə verməyəcək.

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin "Netanyahu İranı dağıtmaqla təhdid edir” açıqlamasına cavab verən baş nazir bildirib ki, İran da günaşırı İsraili yox etməklə təhdid edir./publika.az

© xezerxeber.az


595 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR