Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Real"da "zəlzələ": 14 futbolçu yola salınır - SİYAHI

10.06.2019 10:43

Eder Militao, Luka Yoviç və Eden Hazardı heyətinə qatan, Benjamin Mendi, Kristian Eriksen, Paul Poqba kimi ulduzların transferini istəyən "Real" heyətində böyük islahata hazırlaşır.

Baş məşqçi Zinəddin Zidan 14 futbolçunun komnadadan getməsini istəyir və həmin futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

"Real" Eden Hazarda 100, Kristian Eriksenə 80, Luka Yoviçə 60, Eder Militao və Benjamin Mendiyə 50, Rodriqoya 45 milyon avro transfer büdcəsi ayırıb. Bu isə 385 milyon avro deməkdi. "Kral Klubu"nun "Maliyyə Fair Playı" qaydalarında "ilişməməsi" üçün 70 milyonluq büdcəsi qalıb. Bu vəsait isə Paul Poqba üçün ayrılıb. Amma fransalı ulduzu bu məbləğə almaq mümkün deyil. Madrid təmsilçisi həmin məbləğin üstünü futbolçu satışlarından əldə edəcəyi gəlirlə düzəltmək istəyir.

İddialara görə, Zidan 14 futbolçunun satışa çıxarılmasını və yol salınmasını istəyib. Həmin siyahını təqdim edirik:

Keylor Navas, Qaret Beyl, İsko, Oskar Rodriges, Xesus Valleho, Serigio Requillon, Teo Ernandes, Markos Llorente, Mateo Kovaçiç, Deni Kebellos, Lukas Silva, Mariano, Raul De Tomas, Borya Mayoral.

Fanat.Az

© xezerxeber.az


574 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR