Ürək əməliyyatı zamanı xəstənin döş qəfəsində yanğın çıxdı – Cərrahlar alovu sondürüblər-ŞOK HADİSƏ

06.06.2019 11:57

Avstraliyada ürəkdə əməliyyat zamanı aortanın partlaması nəticəsində xəstənin döş qəfəsindən alov çıxıb. Tibbdə nadir olay olan bu hadisə zamanı həkimlər özlərini itirməyib.

Medicina.az xəbər verir ki, cərrahlar alovu söndürərək, arteriyanı tikə biliblər. Bu barədə Avropa Anesteziologiya konqresində məruzə olunub.

Belə ki, 60 yaşlı kişinin üzərində aparılan aorta əməliyyatında arteriyanın daxili qatının cırılması baş verib. Xəstə həm də uzun müddət idi XOBL-ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkirmiş.

Alova səbəb ağciyər toxumasının ayrılması zamanı bull divarının zədələnməsi və ordan havanın sızması idi. Xəstənin tənəffüsünün dayanmaması üçün ona təmiz oksigen verilir.

Ürəkdə əməliyyat zamanı qanaxmanı saxlamaq üçün istifadə olunan elektrokauterin quru pambıq tamponla qığılcımlanması nəticəsində təmiz oksigenin də təsirindən alovlanma baş verib.

Alov xəstəyə əlavə zərər verməyib. Cərrahlar yanğını söndürüb, əməliyyata davam ediblər.

© xezerxeber.az


689 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR