Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

24.05.2019 16:22

Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.

XəzərXəbər xəbər verir ki, bunu "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı "myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.Onun sözlərinə görə, artıq istifadəçilər "myGov” portalında olan "Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.

"Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və "davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, - deyə F. Cəfərov qeyd edib.

Mərkəzinin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin "Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






595 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR