Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq - VİDEO

22.05.2019 15:04

Son araşdırmalar nəticəsində məlum olub ki, dəniz suyunun səviyyəsi 2100-cü ilə qədər 2 metrədək artacaq.

"CNN” xəbər verir ki, alimlərin qənaətinə görə, Grenlandiya, Qərbi və Şərqi Antarktidada gedən proseslər belə davam edərsə, dəniz suyunun səviyyəsinin 2100-cü ilə qədər 62 santimetr ilə 2 metr 38 santimetr arasında arta bilər.

Məlumata görə, planetimizdə istiliyin 5 dərəcə artması ilə belə bir vəziyyət müşahidə ediləcək.

BBC-nin xəbərinə görə isə Bristol Universitetinin professoru Conatan Bamber mövzu ilə əlaqədar açıqlama verərək bildirib ki, buz təbəqəsinin əriməsi nəticəsində 2100-cü ilədək dəniz suyunun səviyyəsinin 7 santimetrlə 1 metr 78 santimetr aralığında olması gözlənilir. O, nəhəng buz təbəqələrinin xaricindəki qatların da əriməsi nəticəsində bu rəqəmin 2 metrə yüksəlməsini istisna etməyib.

Belə olan halda milyonlarla insanın yaşadıqları yerləri tərk edəcəkləri ehtimal edilir.

Tədqiqatçıların fikrincə, belə bir vəziyyət baş verərsə, dünyanın 1,79 milyon kvadrat kilometr ərazisi, təxminən Liviya səhrası böyüklüyündə ərazi su altında qalacaq.

Ehtimallara görə, bu proses daha çox Nil çayının deltası ərazisindəki məntəqələri, Banqladeşi, eləcə də London, Nyu-York və Şanxay kimi şəhərləri əhatə edəcək. (ona)

© xezerxeber.az

FOTOQALERIYA






755 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR