Yaşlı adam məsciddə bu halda yaxalandı - VİDEO

22.05.2019 14:46

Türkiyənin İsparta bölgəsində baş verən bir oğurluq hadisəsi təhlükəsizlik kameralarına əks olunub.

İspartada yardımsevər camaatın köməyi ilə tikintisi davam edən Həzrəti Əli məscidinin bir hissəsi ibadətə açılıb. Bir yardımsevər məsciddəki metal kassaya bir miqdar pul bağışladığını bildirib. Daha sonra kassanı açan məscid işçiləri pulun yerində olmadığını görüb. Kassadakı pulun oğurlanmış olacağını düşünən dərnək rəhbərləri oğrunu yaxalaya bilmək üçün kassaya yenidən pul qoyublar. Bu pulun da oğurlandığını görən işçilər məscidə təhlükəsizlik kamerası yerləşdirib və növbə tutmağa başlayıb.

Məscidin tikintisi üçün toplanan yardım pullarını oğurlayan yaşlı adam təxminən 1 həftə davam edən növbədən sonra məscid işçiləri, məscid tikmə dərnəyinin üzvləri və vətəndaşların birgə çalışması ilə yaxalanıb. Hadisə polisə bildirilib və şübhəlinin 59 yaşlı M. A olduğu müəyyən olunub. məsciddəki metal kassadan 380 manat oğurlandığı bildirilib.

M. A polisə təslim edilib.

metbuat.az

© xezerxeber.az


500 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR