Xaricdə yaşayır, avtomobili də yoxdur, amma adına cərimə protokolu gəlib - VİDEO

19.05.2019 19:00

Xaricdə yaşayan şəxsə Azərbaycanda cərimə protokolu gəlib.

Xezerxeber.az-ın məlumatına görə, 2015-ci ildən Rusiayda yaşayan Masallı rayonunun Musaküçə kənd sakini 25 yaşlı Yusif Hüseynov 4 ildən sonra Azərbaycana qayıdıb. Bu zamana onun qeydiyatda olduğu ünvana, poçt vasitəsi ilə cərimə gəlib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakıda, Babək prosbektində hərəkət edən 10 PX 151 dövlət nömrə nişanlı avtomobilə icbari sığorta omadığına görə ümumi dəyəri 100 manat olan elektron cərimə yazılıb.

Vəndaş isə iddia edir ki, o nə kiməsə etibarnamə verib, nədə ki avtomobili olub.

Heç bir zaman avtomobili olmadığını deyən Yusif Hüseynov onun adına yazılan protokolun yalnış ünvana göndərildiyini deyir və tez bir zamanda cərmənin silinməsini istəyir.

Yusif Hüseynov belə cərimələrin təkrar ona gələ biləcəyindən ehtiyat edir.

Masallı Rayon Dövlət Yol Polisİ İdarəsindən isə "Xəzər Xəbərə" bildirlib ki, sözügedən protokolla bağlı həmin şəxsin müraciətindən sonra məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






617 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR