Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Fermerlər Vergilər Nazirliyinə uçot verəcəklər - əks halda maliyyə sanksiyası olacaq - VİDEO

19.05.2019 18:52

Kənd təsərrüfatı məhsullarının istehsalçıları və təchizatçıları vergidən azad olsa da, bu fəaliyyət zamanı dəqiq uçot aparılmalı və həmin məlumatlar vergi orqanlarına təqdim edilməlidir. Əks halda bu şəxslər gələn il yanvarın 1-dən etibarən maliyyə sanksiyası ilə üz-üzə qalacaqlar.

Xezerxeber.az-ın məlumatına görə, kənd təsərrüfatı ilə məşğul olanlar vergidən azad olsalar belə, digər sahibkarlıq fəaliyyəti subyektləri kimi vergitutma obyektlərinin dəqiq uçotunu aparmağa borcludurlar.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli, vergi orqanına bəyan etməlidirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu tədbirlərin həyata keçirilməsi strateji yol xəritələrində də öz əksini tapıb. Bundan başqa, uçotun aparılması zamanı vətəndaşlar hansısa ciddi çətinliklə qarşılaşmayacaqlar. Çünki həmin uçot elektron formada Vergilər Nazirliyinin saytından əldə edilə bilər.

Rəşad Həsənov əlavə edir ki, sığorta şirkətlərinin kənd təsərrüfatı sahəsinə marağının olmamasına səbəb də elə bu sahədə uçotluluğunun olmamasıdır.

Odur ki, uçot sisteminin geniş yayılması kənd təsərrüfatının sığortalanmasında da yeni mərhələ ola bilər.

Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin 6 faizi miqdarında maliyyə sanksiyası nəzərdə tutulur. Maliyyə sanksiyası 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR