Bakının 81 yaşlı taksi sürücüsü - VİDEO

19.05.2019 18:58

1938-ci ildə dünyaya gəlib, 81 yaşı olmasına baxmayaraq hələ də hər gün paytaxtın tıxaclı yollarında mexaniki sürət qutulu avtomobil idarə edir.

Xezerxeber.az-ın məlumatına görə, artıq 60 ildir sürücülük edən Zöhrab dayı son 11 ildir ki, paytaxt yollarında taksi kimi fəaliyyət göstərir və hətta bir çox taksi sürücüsündən fərqli olaraq vergi ödəyicisidir.

Zöhrab dayı görməsində hər hansı fiziki probleminin olmadığını, hətta şəhər tıxaclarında belə özünü rahat hiss etdiyini bildirir.

Zöhrab dayı dərmandan istifadə etmədiyini və sürücülük vəsiqəsi üçün tibbi arayış almaqdan başqa heç vaxt həkimə getmədiyini bildirir.

81 yaşlı Zöhrab dayının 3 övladı 4 nəvəsi var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






353 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR