Şəhərin mərkəzində DƏHŞƏT: maşın 6 qadının üstündən keçdi... - ANBAAN VİDEO

10.05.2019 14:42

Rusiyanın İrkutsk şəhərinin Mammon bölgəsində avtomobil qəzası baş verib.

Sürücü avtomobilində meydana gələn texniki problemi aradan qaldırmağa çalışıb.

40 yaşlı sürücü avtomobilin motorunu işə salmaq üçün sükana əyləşib. Bu zaman avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və arxadakı avtomobilə dəyib. Sürücü təşvişə düşüb. O, əyləcə basmaq yerinə avtomobilin sürətini artırıb və qarşıdakı 6 piyadanı vurub.

Onlardan 4-ü ciddi xəsarət alıb. ətrafdakı insanların köməyi ilə yaralılar xəstəxanaya yerləşdirilib. Digər iki piyadanın vəziyyətinin yaxşı olduğu bildirilib. Piyadaların hamısı qadın olub.

Publika.az

© xezerxeber.az


928 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2019 13:10

Saxta balın zərərləri

ÇOX OXUNANLAR