Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ - VİDEO

19.04.2019 19:30

Bu gecədən etibarən bütün ölkə ərazisində intensiv yağış gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, bəzi ərazilərdə hətta leysan olma ehtimalı var. Bu isə çaylarda sululuğu artıra və sel təhlükəsinə səbəb ola bilər.

Ekologiya və Təbii Sərvətlər Naziliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, intensiv yağış xüsusilə Zaqatala-Şəki bölgəsində daha təsirli olacaq.

Son bir neçə gündür ki, havaların qəflətən soyuması və yağışlı keçməsi insanları da çaş-baş salıb. Ölkəyə yay gəlmək əvəzinə, deyəsən yenə qış qayıdır.

Umayra Tağıyevanın sözlərinə görə, son 10 illə müqayisədə aprel ayının belə yağıntılı və temperaturun aşağı olmasını anomal adlandırmaq olar. Amma belə havanın ayın sonuna kimi davam edəcəyi pronozlaşdırılır.

Yaxın 2 gün ərzində havanın temperaturunun 10-14 dərəcə arasında cərəyan edəcəyi pronozlaşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1399 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR