Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var - VİDEO

24.03.2019 12:35

Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

© xezerxeber.az


337 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR