Pakistanda Ordumuzu görən hər kəs alqışladı - "Yaşasın Azərbaycan" səsləndi - VİDEO

24.03.2019 10:23

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistanın "Milli Günü”nə həsr olunmuş hərbi paradı izləyib.

Paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Paradda diqqət çəkən məqamlardan biri AzərbaycanOrdusunun parad heyəti keçərkən diktorun səsləndirdiyi sözlər olub. Xanım diktor "Pakistana xoş gəlmisiniz. Yaşasın Pakistan! Yaşasın Azərbaycan! Yaşasın Pakistan Azərbaycan qardaşlığı!" sözləri ilə parad heyətini qarşılayıb.

Ordumuzun parad heyətini görən pakistanlılar onları alqışlamağa başlayıb.

Qürurverici həmin anları təqdim edirik: (BAKU.WS)

© xezerxeber.az


340 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR